Qərbin tətbiq etdiyi sanksiyalar Avrasiya ölkələrinə də təsir edib

saytların hazırlanması

Evə çatdırılma

Qərbin tətbiq etdiyi sanksiyalar Avrasiya ölkələrinə də təsir edib

İqtisadiyyat

14 Aprel 2022 14:18 623


“Qərbin Rusiya və Belarusa qarşı tətbiq etdiyi görünməmiş sanksiyalar Avrasiya İqtisadi İttifaqı ölkələrinə təsir edib".

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Evdokimov “RİA Novosti”yə müsahibəsində deyib.

“Şübhəsiz ki, Qərbin son aylarda Rusiya və Belarusa qarşı tətbiq etdiyi, öz miqyasında misli görünməmiş qeyri-qanuni birtərəfli məhdudlaşdırıcı tədbirlər, iqtisadiyyatların vahid bazar çərçivəsində dərin qarşılıqlı əlaqəsi səbəbindən Aİİ üzvü olan dövlətlərə təsir etməyə bilməzdi. pizza sifarişi

Beşliyin əsas diqqəti Qərb sanksiyalarının mənfi nəticələrinin aradan qaldırılması, Aİİ bazarını həm sənaye, həm də kənd təsərrüfatı malları ilə təmin etmək üçün tədbirlərə yönəlib. Bu kontekstdə idxalı əvəzləmə siyasəti ən böyük effektə malikdir", - deyə Evdokimov bildirib.

Xatırladaq ki, Qərb ölkələri Ukraynaya görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib. 

Bir sıra şirkətlər isə Rusiya bazarından çəkildiklərini və ölkədə istehsalı dayandırdıqlarını bəyan ediblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya ilə işləməkdən imtina edən Qərb şirkətlərinin bunu çox böyük təzyiq altında etdiklərini, lakin Rusiyanın Qərbin özü üçün yaratdığı bütün iqtisadi problemləri həll edəcəyini bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!