Qəribə trend:  Küçələr böcəklə doldu

saytların hazırlanması

Evə çatdırılma

Qəribə trend: Küçələr böcəklə doldu

Dünya

09 İyul 2025 16:26 208


Cənubi Koreyanın paytaxtı Seulda qeyri-adi mənzərə yaşanır. Minlərlə “eşq böcəyi”nin şəhərə yayılması ölkədə həm narahatlıq, həm də maraq doğurub.

Yenisabah.az xəbər verir ki, son günlərdə Seulun müxtəlif bölgələrində “eşq böcəyi” adlandırılan canlıların kütləvi şəkildə görünməsi sosial şəbəkələrdə də geniş əks-səda doğurub. Hətta bu hal bir növ “trendə” çevrilib — sakinlər böcəklərlə dolu küçələrin görüntülərini paylaşaraq gündəm yaradıblar.

Mütəxəssislər bu böcəklərin insana birbaşa zərər vermədiyini desələr də, onların sayı artdıqca gigiyenik və ekoloji problemlərin ortaya çıxa biləcəyini istisna etmirlər. pizza hut

Rəsmilər vəziyyətə nəzarət etdiklərini, lakin havaların isti keçməsi səbəbindən bu halın bir müddət daha davam edə biləcəyini bildiriblər.

Rəvan Rzazadə

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!