Qətər şeyxi “Mançester Yunayted”i almaqdan vaz keçdi

saytların hazırlanması

Evə çatdırılma

Qətər şeyxi “Mançester Yunayted”i almaqdan vaz keçdi

İdman

16 Oktyabr 2023 14:28 439


Qətər şeyxi Casim bin Həməd Ali-Sani İngiltərənin "Mançester Yunayted" futbol klubunu almaq təklifindən imtina edir.

Yenisabah.az Associated Press-ə istinadla xəbər verir ki, "Mançester Yunayted"in səhmləri klubun satışının ləğv ediləcəyi ilə bağlı şayiələr ucbatından 20% ucuzlaşıb

Şeyx komandanı 2005-ci ildən sahibi olan Qleyzerlər ailəsindən almağa əsas namizədlərdən biri hesab olunurdu. “İneos” kimya şirkətinin rəhbəri Cim Ratkliff və finlandiyalı sahibkar Tomas Zilliakus da klubu almaq istəyir. Toyuqlu pizza

Mənbələrin bildirdiyinə görə, Ali-Sani “Mançester Yunayted” üçün bazar dəyərindən iki dəfə çox, yəni 3,2 milyard dollar ödəməyə hazır idi.

Ratkliff klubun 25%-i üçün 1,3 milyard funt-sterlinq (1,58 milyard dollar) ödəyə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!