Qətərin Azərbaycandakı səfirliyi açıqlama yayıb

saytların hazırlanması

Evə çatdırılma

Qətərin Azərbaycandakı səfirliyi açıqlama yayıb

Hadisə

21 Oktyabr 2020 16:06 986


"Qətər-Azərbaycan əlaqələri iki ölkə başçılarının rəhbərliyi altında qarşılıqlı hörmət və ehtiram, müştərək mənafelər, sülhün və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi kimi prinsiplərə əsaslanır".

Yenisabah.az-ın məlumatına görə, bu barədə Qətər Dövlətinin Bakıdakı Səfirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, bu əlaqələr güclüdür və siyasi müstəvidə özünə məxsusluğu ilə seçilir: pizza sifarişi

"Bu yaxınlarda, hətta bilavasitə cavab verməyə layiq olmayan bəzi elektron informasiya vasitələrinin dəqiq və dürüstlüyü özündə əks etdirməyən məlumatları yayması iki ölkə arasındakı güclü əlaqələrə təsir etməyəcək, çünki, Qətər Hava Yolları dünya səviyyəsində ən öndə gedən aviasiya şirkətlərindən biridir. O, peşəkarlıqla və beynəlxalq mülki aviasiya sazişlərinin qaydalarına uyğun olaraq fəaliyyət göstərir (Çikaqo müqaviləsi). Qətər Hava Yolları şirkəti COVİD-19 pandemiyası nəticəsində bir çox aviasiya şirkətlərinin öz işini dayandırdığı bir şəraitdə beynəlxalq aləmdə çarəsiz qalmış on minlərlə sərnişinin öz dövlətlərinə qayıtmasında önəmli rol oynamışdır. Bununla əlaqədar, Qətərin Bakıdakı Səfirliyi bəzi elektron kütləvi informasiya vasitələrinin peşəkar və işlərində qərəzsiz olacağına, məqsədyönlü və faktlara əsaslanan xəbərlər verəcəyinə ümid edir. Bu, daha çox fayda verər, dövlətlər və xalqların mənafeyinə uyğun olar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!