İranda İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Səyyad Xodayinin qətlini törədən bir neçə şəxsin həbs edildiyi açıqlanıb.
Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, bu barədə Ali Məhkəmə prokurorunun köməkçisi və Baş Prokurorluq dəftərxanasının rəhbəri Əli Əkbər Bəxtiyari məlumat yayıb.
"Təhlükəsizlik qüvvələri öz vəzifələrini ciddi şəkildə davam etdirirlər. İndiyədək bu cinayət işi ilə bağlı bir neçə nəfər həbs edilib", - deyə Bəxtiyari vurğulayıb. Pepperoni pizza
Xatırladaq ki, polkovnik Səyyad Xodayi son 2 ayda İranda baş verən silsilə qətllərin ilk qurbanıdır. "The New York Times" qəzeti və CNN telekanlı ABŞ_ın rəsmi mənbələrinə istinadla məlum qətlin arxasında İsrailin durduğunu iddia edib.
Telegram kanalımız