Qətliam qurbanlarına 735 milyon dollar təzminat ödəniləcək

saytların hazırlanması

Evə çatdırılma

Qətliam qurbanlarına 735 milyon dollar təzminat ödəniləcək

Dünya

04 Oktyabr 2019 13:43 960


“Las Vegas” qətliamının qurbanlarına 735 milyon dollar təzminat ödəniləcək.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, qətliam qurbanlarının ailələri ilə cinayətkarın həmin vaxt qaldığı otel arasında razılıq əldə olunub. 

Qətliamda xəsarət alanlar da daxil olmaqla ümumilikdə, 2 min 500 nəfər təzminat alacaq. Marqarita pizza

Xatırladaq ki, “Las Vegas” qətliamı ABŞ tarixindəki ən dəhşətli hadisələrdən biri hesab edilir. 2017-ci ilin 1 oktyabr günü 64 yaşlı Stiven Paddok adlı şəxs ağır silahlarla insanların üzərinə atəş açıb. O, qaldığı “Mandalay Bay Hotel”in 32-ci mərtəbəsindəki pəncərədən yolun qarşısındakı konsertdə iştirak edən 22 min nəfəri atəşə tutub. Hadisə nəticəsində 58 nəfər ölüb, 800 nəfər xəsarət alıb.

Cinayətkarın hadisəni törədərkən ağır silahlardan istifadə etməsi otelin də ittihamlarla üzləşməsinə səbəb olmuşdu.  

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!