Qeydiyyatda olmayanlar diqqət: Şəxsiyyət vəsiqəsi necə veriləcək?   - Rəsmi Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Qeydiyyatda olmayanlar diqqət: Şəxsiyyət vəsiqəsi necə veriləcək? - Rəsmi Açıqlama

Sosial

05 Oktyabr 2019 12:19 7113


Ölkə ərazisində heç yerdə qeydiyyatda olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsi necə verilir? "Çip”lər nə vaxtdan aktivləşir?

"Yeni Sabah" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi polis mayoru Jalə Nəsibova "lent.az"ın yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı suallarını cavablandırıb. 

Şöbə rəisi heç yerdə qeydiyyatı olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi prosesinə aydınlıq gətirib: Dominos pizza

"Öncə onu qeyd etmək lazımdır ki, vətəndaşlar bir yerdən digər yerə köçdükdə məhkəmə qərarı olmadan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmır. Ancaq məhkəmənin qərarı ilə vətəndaşı icra hakimiyyəti qeydiyyatdan çıxara bilər. Bu zaman həmin vətəndaş şəxsiyyət vəsiqəsi almaqdan ötrü inzibati qeydiyyata düşməsi üçün polis bölməsinə müraciət etməlidir. Buna görə də vətəndaşlar bir yerdən başqa yerə köçdükdən sonra yeni yaşayış yerində qeydiyyata alınmasalar da, əvvəlki qeydiyyat əsasında onlara şəxsiyyət vəsiqəsi verilir. Əgər yeni yaşayış yerində qeydiyyata düşərsə, yaxınlıqda olan polis bölməsinə və ya "Asan Xidmət” mərkəzinə müraciət edərək, "çip”də qeydiyyat sahəsini dəyişə bilər. Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsi əldə etməsi isə səfirliklərin müraciəti əsasında gerçəkləşir. "Çip”lər şəxsiyyət vəsiqəsi verildiyi andan, vətəndaşın barmaq izi təsdiq olunduqdan sonra aktiv edilir”.

Qeyd edək ki, Azərbaycanda ötən il sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələri verilməyə başlanılıb. Vəsiqələrə əlavə olunan "çip”lər vətəndaşların yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcıdır. Yeni vəsiqələr 6 dövlət qurumunun (Ədliyyə, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri, Əmlak Məsələləri Dövlət Komitəsi) məlumatları əsasında hazırlanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Xatire Zeynalova
    Salam mənə kömək etməyinizi xahiş edirəm, mənim anam qeydiyyatda olduğumuz evi satıb, mən 2-3 ay bundan öncə sosial yardımla bağlı sosial fonda müraciət etdikdə mənim heç bir yerdə qeydiyyatda olmadığımı və şəxsiyyət vəsiqəmin deaktiv olduğunu bildirdilər, bununla bağlı nazirliyin qaynar xətti 102 və asan xidmətə müraciət etmişəm və əllərindən heç bir şey gəlmədiyini yalnız hansısa bir tanışımın evinə qeydiyyata düşərək şəxsiyyət vəsiqəsini yeniliyə biləcəyimi dedilər, ama mənim evinə qeydiyyata düşə biləcəyim tanışım yoxdu, bu halda isə mən və üç yaşılı oğlum ortada qalmışıq, oğlumun gələcəyi var mən onu nə baxçaya qoya bilmirəm nədəki özümə iş tapa bilmirəm hər yerdə vəsiqə istənilir, bu barədə mənə kömək etməyinizi xahiş edirəm
    7 months ago
  • Sahibe
    Salam qeydiyat yerim yoxdur vesiqemi nece deişe bilerem?
    8 months ago
  • İsa
    Salam meni qeydiyyat cixariblar yeniden dusmeke yerde yoxdur neynəye bilerem ?
    2 years ago