“Qeyrətə gəlirlər...” - Səidə əsəbləşdi

saytların hazırlanması

Evə çatdırılma

“Qeyrətə gəlirlər...” - Səidə əsəbləşdi

Şou

13 Yanvar 2020 14:39 1539


Tanınmış müğənni Səidə Sultan hər hadisədə cəmiyyətin şou əhlini günahlandırmasından gileylənib.

“Yeni Sabah”  xəbər verir ki, bu haqda sosialşəbəkədə paylaşım edən xanım sənətçi “Gücünüz elə bizə çatır”  deyərək, şikayətlənib:  

“İndiki toplumun gücü zəifə çatır. Güclünü görəndə söz deyə bilmirlər, qorxub qaçırlar. Dillərini ancaq zəifə, şou əhlinə uzada bilirlər. Gücləri şou əhlinə çatır, qeyrətə gəlirlər. Hər kəsənin qeyrəti onun özünündür! Bir yaxınımın sözü idi: “Bizim hamımızın bir qeyrəti var -  o da Qarabağdır. O qeyrətimiz də düşmən əllərdədir”. pizza sifarişi

Yoxsa ölkədə bir problem yarandı, müğənnilər... Kasıbın haqqını əzdilər, müğənnilər... Torpaqlar düşmən əlindədir, o da müğənnilər... Pedofilizm yaranıb, o da müğənnilər... Görürəm, bu ölkənin tək gücü çatacağı, söz deyəcəyi yer müğənnilərdir. Gücünüz elə bizə çatır. Düz söz olanda da heç kəsə sərf etmir. Ay Allah, özün bizləri qoru”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!