Qeyri-qanuni fəaliyyət göstərən daha bir obyekt  bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Qeyri-qanuni fəaliyyət göstərən daha bir obyekt bağlandı

Kriminal

04 İyul 2020 14:02 943


Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri, polis və İqtisadiyyat nazirliyinin əməkdaşlarının iştirakı ilə paytaxtda karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlər və reydlər davam etdirilir, ticarət obyektlərində, məhəllələrdə, insanların sıx toplaşdığı digər ərazilərdə maarifləndirici söhbətlər aparılıb.

Yenisabah.az bildirir ki, bu tədbirlər zamanı bir sıra nöqsanlar aşkar edilmiş ticarət obyektlərinin sahiblərinə və fiziki şəxslərə cərimələr tədbiq olunub.

Mobil qrup tərəfindən həyata keçirilən reydlər zamanı Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsində qeyri-qanuni fəaliyyət göstərən “Green Pub” adlı ictimai-iaşə obyekti müəyyən olunmuş və onun fəaliyyəti dayandırılıb. Sezar pizza

Obyektin sahibi Mehdixan Xəlil oğlu Həsənov və onun arendatorları barədə müvafiq tədbirlər görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!