Qeyri-sabit hava insanların əhvalına mənfi təsir göstərib

saytların hazırlanması

Evə çatdırılma

Qeyri-sabit hava insanların əhvalına mənfi təsir göstərib

Sosial

29 Noyabr 2025 19:51 981


Son günlər ölkədə hava şəraitində tez-tez yaşanan dəyişikliklər meteohəssas insanların sağlamlıq vəziyyətinə təsir göstərir.

"Yeni Sabah" xəbər verir ki, atmosfer təzyiqinin enib-qalxması, rütubət artımı və güclü külək xüsusilə baş ağrısı, yorğunluq və əsəbilik yaradır. Meteohəssaslıq daha çox ürək-damar xəstəlikləri, migren və vegetativ sinir sistemi problemi olan insanlarda özünü göstərir.

Onlarda hava dəyişdikdə baş ağrısı kəskinləşə, yuxusuzluq, halsızlıq və oynaqlarda ağrı arta bilər. Mütəxəssislər meteohəssas insanlara bir sıra tövsiyələr verirlər. Onların fikrincə, gündəlik rejimin qorunması, normal yuxu saatları, su balansının saxlanması və stressin azaldılması simptomları yüngülləşdirə bilər. Maqnit qasırğaları və təzyiq dəyişiklikləri zamanı nəfəs məşqləri, qısa istirahət və ekran qarşısında az vaxt keçirmək tövsiyə olunur. Sezar pizza

Hava soyuq olduqda oynaqlarda ağrının artdığını bildirən həkimlər, bədəni isti saxlamağın və yüngül hərəkətlər etməyin vacibliyini qeyd ediblər. Qidalanmada omeqa-3 və kaliumla zəngin məhsulların artırılması, şəkər və duzun azaldılması da tövsiyə edilir./Sfera.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!