Qəza edən sürücü qanunsuz fəaliyyət göstərib

saytların hazırlanması

Evə çatdırılma

Qəza edən sürücü qanunsuz fəaliyyət göstərib

Kriminal

13 Oktyabr 2021 10:03 1024


Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş vermiş və 5 nəfərin ölməsi ilə nəticələnmiş yol qəzası barədə açıqlama yayıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlama verib.

"Daha bir qeyri-qanuni daşıma xidmətinin sürücüsünün səbəb olduğu hadisə-faciə! Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı "Mercedes” markalı yük avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. Yük avtomobilinin sürücüsü heç bir qanuni əsas olmadan fəaliyyət göstərib. Dünəndən bu cür daşımalara qarşı başlanan tədbirlərlə bağlı sosial hesablarda ünvanımıza "bir tikə çörəyi niyə kəsirsiz" ittihamlarına qarşılıq bu hadisənin cavab olmasını heç istəməzdik. Amma fakt faktlığında qalır. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb. pizza sifarişi

Qəza nəticəsində dünyasını dəyişən sərnişinlərin yaxınlarına səbr, xəsarət alanlara şəfa diləyirik!", - o qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!