Qəzada ölən hərbçiyə şəhid statusu veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Qəzada ölən hərbçiyə şəhid statusu veriləcək

Maraqlı

29 Avqust 2022 11:06 874


Azərbaycan Ordusunun Goranboy rayonunda yol qəzasında həlak olan hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğluna şəhid statusu veriləcək.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, V.Ərəblinski şəhid statusu alacaq.

Qeyd edək ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. Dördpendirli pizza

O, Zaqatala rayonu Aşağı Tala kəndində dəfn edilib. Faktla bağlı Gəncə Hərbi Prokurorluğunda araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!