Qəzada yaralanan məktəb direktoru öldü

saytların hazırlanması

Evə çatdırılma

Qəzada yaralanan məktəb direktoru öldü

Hadisə

28 May 2023 16:47 930


Lənkəranda avtomobil qəzasında xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralı vəfat edib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, mərhum R.Məmmədov Liman şəhər 2 saylı tam orta məktəbin direktoru olub.

Qəzada xəsarət alan iki yaralı isə Lənkəran Dövlət Universitetinin müəllimləridir. Onların müalicəsi davam etdirilir. Toyuqlu pizza

Xatıeladaq ki, Lənkəranda avtomobil turist avtobusuna çırpılıb, xəsarət alanlar var. Hadisə rayonunun Xanbulan yolu adlandırılan Hirkan - Daşdatük - Biləsər yolunda baş verib. Ramiz Məmmədovun idarə etdiyi "Nissan Tida" markalı minik avtomobili turistlərin olduğu avtobusla toqquşub.

Nəticədə "Nissan Tida"nın sürücüsü R.Məmmədov və avtomobildə olan sərnişinlər Tahir Zülfüqarov və Şakir Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Turist avtobusunda olanlardan xəsarət alan olmayıb. Yaralılar Təcili Tibbi Yardımın köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!