Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...

saytların hazırlanması

Evə çatdırılma

Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...

Hadisə

17 Aprel 2024 10:20 29722


Xəbər verdiyimiz kimi, bu gün tanınmış televiziya aparıcısı Aytən Səfərova ağır yol qəzası keçirib. 

8 Noyabr prospektində aparıcının idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub. 

Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb və ağır xəsarətlər alıb.  Dördpendirli pizza

Yenisabah.az hadisənin detallarını araşdırıb. 

Aparıcının həmkarları bildirib ki, hazırda o, xəstəxananın travmatologiya şöbəsindədir və tibbi yardım göstərilir. 

Onlar teleaparıcının qəzadan sonra huşunun özündə olduğunu, hətta yaxın tanışlarına “Whatsapp” vasitəsilə səs yolladığını, işə gedə bilməyəcəyini xəbər verdiyini deyiblər. 

Həmkarları bildirib ki, Səfərova bir neçə gündür özünü yaxşı hiss etmirmiş, hətta dünən də işə getməyib. 

Qeyd edək ki, Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Səfərovanın (Piriyeva) idarə etdiyi avtomobil toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirib ki, hadisə nəticəsində İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. 

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır. 

Yenisabah.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!