Qəzaya düşən təyyarədəki sərnişinləri xilas edənlər mükafatlandırıldılar

saytların hazırlanması

Evə çatdırılma

Qəzaya düşən təyyarədəki sərnişinləri xilas edənlər mükafatlandırıldılar

Dünya

05 Yanvar 2025 19:23 320


Qəzaya uğrayan AZAL-a məxsus təyyarənin sərnişinlərinin xilas edilməsində iştirakına görə Qazaxıstanda bir qrup şəxs - Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, həkimlər, polislər, Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının əməkdaşları dövlət mükafatlarına layiq görülüblər.

APA-nın xəbərinə görə, bu barədə Manqistau vilayət administrasiyası məlumat yayıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamına əsasən, 19 nəfər dövlət mükafatına layiq görülüb, 51 nəfərə dövlət başçısının təşəkkür məktubu təqdim edilib. pizza

Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!