“Hamı Fazil Mustafanı fərqli fikirə, fərqli düşüncəyə sahib olan intellektuallardan biri kimi tanıyır”.
“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev deyib. O, bildirib ki, F. Mustafanın dövlət və millət qarşısında çox böyük işləri var, Milli Məclisin ən intellektual deputatı sayılır:
“Son zamanlar ona qarşı edilən həqarətlər artıq əxlaqsızlıq həddinə gəlib çatıb. Atası - el ağsaqqalı Qəzənfər dayı haqqında ağızlarına gələni danışırlar. Qəzənfər dayı mənim tanıdığım ləyaqətli və namuslu kişilərdən biridir. 10 ildir dünyasını dəyişib. Qəzənfər dayı haqqında ləyaqətsiz ifadələr işlədənlər illərlədir ki, dədəsini, anasını, ailəsini atıb xaricdə sığınacaq tapan yaramaz adamlardır. Onlar üçün belə dəyərlər qətiyyən əhəmiyyət kəsb etmir. Sezar pizza
Adını kişi qoyan şəxs dünyasını dəyişmiş insanı təhqir etməz. Özü də xaricdən, təhlükəsiz yerdən...
Professor Kamil Vəli yazır ki, unutmayaq ki, biz yalnız Babəkin, Koroğlunun, Qaçaq Nəbinin deyil, həm də Keçəl Həmzənin, Xudayar bəyin nəvə-nəticələriyik...
Haqlısınız Kamil müəllim! Bir az da uzağa getmək lazımdır. Bir qisim də xaçaturların və ovaneslərin nəvə - nəticələridir. Xaçaturlar və ovaneslər də dünyasını dəyişmiz əzizlərimizi təhqir edirlər...”
Telegram kanalımız