Qəzetlərə abunə haqqının məbləği azaldıldı -   EKSKLÜZİV

saytların hazırlanması

Evə çatdırılma

Qəzetlərə abunə haqqının məbləği azaldıldı - EKSKLÜZİV

Sosial

02 Dekabr 2025 13:34 577


Rəsmi dövlət qəzetləri olan "Azərbaycan" və "Xalq" qəzetlərinə abunə yazılışı üçün ödənişin məbləği azaldılıb.

“Yeni Sabah”-ın əldə etdiyi xəbərə görə, bu, nəşrlərin həftəlik çapının azaldılması ilə əlaqədardır.

Məlumata görə, rəsmi dövlət qəzetləri əvvəllər həftədə 6 gün çap olunublar, amma ötən aydan bəri 5 günlük iş rejiminə keçiblər. Toyuqlu pizza

Əvvəllər abunə haqqı 1 aylıq 15,60 manat, 3 aylıq 46,80 manat, 6 aylıq 93,60 manat və 1 illik isə 187,20 manat olub. 

İndi isə abunə haqqı 1 aylıq 13 manat, 3 aylıq 39 manat, 6 aylıq 78 manat və 1 illik isə 156 manat müəyyənləşib.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!