Qəzza müharibəsinin qadınlara təsiri - 808 körpə ölüb

saytların hazırlanması

Evə çatdırılma

Qəzza müharibəsinin qadınlara təsiri - 808 körpə ölüb

Dünya

28 Yanvar 2025 13:50 155


İsrailin Qəzzada 15 aylıq bombardman və mühasirə dövründə hamilə, doğuş sonrası dövrdəki qadınlar üçün ciddi, bəzən həyati təhlükələr yaratdığı bildirilib.

Yenisabah.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Human Rights Watch (HRW) təşkilatı məlumat yayıb. ABŞ-də yerləşən bu insan haqları təşkilatının 50 səhifəlik hesabatında qeyd edilir ki, hücumlar tibb müəssisələrinə, tibb işçilərinə birbaşa zərər vurub.

Bunun nəticəsində, hamilə qadınlar arasında düşüklər, vaxtından əvvəl doğumlar, ölü doğumlar, qanaxmalar və az çəkili yenidoğulmuşlar kimi halların artmasına səbəb olub. pizza hut

HRW İsraili tibb sisteminə hücum etməkdə, qida, su və elektrik blokadasını tətbiq etməkdə, insanları zorla köçürməyə məcbur etməkdə və mühasirəni qanunsuz olaraq həyata keçirməkdə günahlandırır. Bu tədbirlərin qadınların doğuşdan əvvəl və sonra tibbi yardıma çıxışını məhdudlaşdırdığı vurğulanır.

Hesabatda bildirilir ki, Qəzzada 15 aylıq müharibə nəticəsində 47,306 nəfər həlak olub, onlardan 12,316 nəfəri qadın, 808 nəfəri isə bir yaşdan kiçik körpələrdir. HRW qeyd edir ki, Qəzzada hamilə qadınların əksəriyyəti humanitar böhran şəraitində tibbi yardımsız qalıb. Həmçinin bəzi körpələrin kifayət qədər tibbi avadanlıq olmaması səbəbilə həyatını itirdiyi bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!