Qəzzada ərzaq bitib - BMT

saytların hazırlanması

Evə çatdırılma

Qəzzada ərzaq bitib - BMT

Dünya

25 Aprel 2025 17:55 236


BMT-nin Dünya Ərzaq Proqramı Qəzza sakinləri üçün bütün ərzaq ehtiyatlarının tükəndiyini elan edib.

Yenisabah.az xəbər verir ki, bu gün Qəzza zolağında isti qida paylama məntəqələrinə son qalıq ehtiyatı çatdırıb. Bu məntəqələrdə ərzaq ehtiyatlarının yaxın günlərdə tamamilə tükənəcəyi gözlənilir.

Humanitar yardım 7 həftədən artıqdır ki, bölgəyə çatmır, çünki bütün əsas sərhəd keçidləri bağlı qalır. Marqarita pizza

Beynəlxalq qurum bütün tərəfləri mülki əhalinin ehtiyaclarını prioritetləşdirməyə, yardımın çatdırılmasına dərhal icazə verməyə və beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərə əməl etməyə çağırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!