Qəzzada xəstəxana və minlərlə çadır su altında qaldı

saytların hazırlanması

Evə çatdırılma

Qəzzada xəstəxana və minlərlə çadır su altında qaldı

Dünya

16 Dekabr 2025 15:46 393


Güclü yağış Qəzza zolağında Şəfa Tibb Kompleksinin, xüsusilə, təcili yardım və qəbul bölmələrinin bir hissəsini su altında qoyaraq xəstəxananın fəaliyyətini məhdudlaşdırıb.

“Yeni Sabah” xəbər verir ki, fələstinli məcburi köçkünlərin yaşadığı minlərlə çadır yağış suları ilə dolub, güclü külək səbəbindən bir çoxu uçub.

Şahidlərin sözlərinə görə, yüzlərlə insan dağıdılmış binaların qalıqları altında sığınacaq tapmağa çalışır. pizza sifarişi

Qəzza Mülki Müdafiə İdarəsi qismən dağıdılmış minlərlə evin yağış və külək səbəbindən çökmə riski daşıdığı barədə xəbərdarlıq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!