Qəzza şəhərindən 550 mindən çox sakin təxliyə edilib.
Yenisabah.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Mətbuat Xidməti bildirib.
"Bu günə olan məlumata görə, 550 mindən çox mülki şəxs Qəzza şəhərini tərk edərək cənuba köçüb. Eyni zamanda, ordunun 162, 98 və 36-cı diviziyaları Qəzza şəhərindəki HƏMAS obyektlərində fəaliyyətə başlayıblar", - deyə məlumatda bildirilib. Dördpendirli pizza
Həmçinin, SAXAL Xan-Yunisdə humanitar zonanın yaradıldığını elan edib./Oxu.az
Telegram kanalımız