Qəzzaya dair gizli plan: Fələstinliləri Afrikaya köçürmək istəyirlər

saytların hazırlanması

Evə çatdırılma

Qəzzaya dair gizli plan: Fələstinliləri Afrikaya köçürmək istəyirlər

Dünya

14 Mart 2025 11:39 266


ABŞ və İsrail fələstinliləri köçürmək üçün Sudan və Somali, eləcə də beynəlxalq səviyyədə tanınmayan Somaliland hökuməti ilə əlaqə saxlayıb.

Yenisabah.az AP-yə istinadla xəbər verir ki, bu barədə Amerika və İsrail rəsmiləri danışıb.

Mənbələr bildirib ki, Trampın planlarına uyğun olaraq, Qəzza zolağından fələstinlilərin köçürülməsi üçün 3 Şərqi Afrika hökumətinə müraciət edilib. Bu təmasların hansı səviyyədə baş tutduğu və uğurlu olub-olmadığı aydın deyil. ABŞ və İsrailin Sudan, Somali və "Somaliland"la məsləhətləşmələri fevral ayında başlayıb. Toyuqlu pizza

Ağ Ev və İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumatı şərh etməkdən imtina edib.

Mənbələrdən biri aydınlaşdırıb ki, təmaslar hələ 2025-ci ilin yanvarında Trampın andiçmə mərasimindən əvvəl başlayıb.

Bundan əvvəl Sudan Silahlı Qüvvələrinin baş komandanı Əbdülfəttah əl-Burhan fələstinlilərin Qəzza zolağından köçürülməsi ideyasını qəti şəkildə rədd etmişdi.

Adı açıqlanmayan bir ABŞ rəsmisi AP-yə deyib ki, Birləşmiş Ştatlar Somalilandı tanıması müqabilində Vaşinqtona necə kömək edə biləcəkləri barədə Somaliland rəsmiləri ilə şəxsi dialoq aparıb.

Somali və Somaliland rəsmiləri AP-yə ABŞ-la belə təmaslardan xəbərsiz olduqlarını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!