Qida Təhlükəsizliyi Agentliyinin 100-ə yaxın əməkdaşı işdən çıxarılıb

saytların hazırlanması

Evə çatdırılma

Qida Təhlükəsizliyi Agentliyinin 100-ə yaxın əməkdaşı işdən çıxarılıb

Sosial

29 Dekabr 2019 12:47 1015


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 100-ə yaxın əməkdaşı işdən çıxarılıb.

"Yeni Sabah" bunu agentliyin sədri Qorxmaz Təhməzli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, AQTA-da fəaliyyətə başladığı gündən bu vaxta qədər 100-ə yaxın əməkdaş işinin öhdəsindən gəlmədiyinə görə vəzifəsindən azad olunub: pizza mizza

"Neqativ hallarla bağlı agentlik Baş prokurorluğa müraciət edib və üç əməkdaşımız qeyri-qanuni əməllərdə iştirak etdiyi və əməllərində cinayət tərkibi olduğu aşkarlanıb. Hazırda onlar öz cəzalarını çəkirlər".

"Bundan sonra da işində nöqsanlara yol verilən şəxslər qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılacaq", -deyə sədr qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!