Qırğızıstan parlamentinin sədri Füzuli və Şuşaya səfər etdi

saytların hazırlanması

Evə çatdırılma

Qırğızıstan parlamentinin sədri Füzuli və Şuşaya səfər etdi

Siyasət

05 İyun 2024 17:18 295


Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin (parlament) sədri Nurlanbek Şakiyevin başçılıq etdiyi parlament nümayəndə heyəti iyunun 5-də Füzuli və Şuşa şəhərlərində olub.

Yenisabah.az xəbər verir ki, nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub. Sonra qonaqlar Füzuli şəhərinə gəliblər. Onlara Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılmış Füzulidə törədilən dağıntılar, vandalizm aktları barədə məlumat verilib. 

Sonra qırğız nümayəndə heyəti Şuşa şəhərinə yola düşüb. Qırğızıstan nümayəndə heyətinə Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti və burada aparılan quruculuq işləri barədə məlumat verilib. Dominos pizza

Səfərdə qonaqları Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, ölkəmizin Qırğızıstandakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər müşayiət ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!