Qırğızıstan-Tacikistan qarşıdurmasında 16 nəfər həlak olub

saytların hazırlanması

Evə çatdırılma

Qırğızıstan-Tacikistan qarşıdurmasında 16 nəfər həlak olub

Dünya

30 Aprel 2021 08:29 591


Qırğızıstan-Tacikistan sərhədindəki qarşıdurmada qırğız tərəfdən həlak olanların sayı 13-ə çatıb. Tacikistan tərəfdən 3 adamın öldüyü bildirilir.

“Yeni Sabah” Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, aprelin 30-u yerli vaxtla saat 8:00-a olan məlumata görə qırğız tərəfdən 134 adam yaralanıb. Onların bir çoxunun vəziyyəti ağırdır. 25 ağır yaralı xüsusi təyyarə ilə Batkendən Bişkekə aparılıb.

Ötən gecə Qırğızstanla Tacikistan arasında qarşıdurmanın tənzimlənməsi üçün bəyannamə və protokol imzalanıb. Dördpendirli pizza

Xatırladaq ki, qarşıdurma aprelin 28-də Qırğızıstanın Batken rayonunun Kok-Taş kəndinin ərazisinə Tacikistan tərəfinin suya nəzarət etmək üçün dirəklərə videokameralar quraşdırmasından sonra başlanıb. /Azərtac

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!