Qırğızıstan və Tacikistan arasında birgə Protokol imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Qırğızıstan və Tacikistan arasında birgə Protokol imzalandı

Dünya

02 May 2021 11:51 700


Batken bölgəsində Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı iki ölkənin hökumət nümayəndə heyətlərinin görüşü keçirilib.

Yenisabah.az-ın məlumatına görə, Qırğızıstanın nümayəndə heyətinə Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev, Tacikistanın ümayəndə heyətinə isə Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Saymumin Yatimov rəhbərlik edib.

Görüş zamanı Qırğızıstan-Tacikistan dövlət sərhədindəki vəziyyətin həllinə yönəlmiş gələcək tədbirlər barədə hərtərəfli fikir mübadiləsi aparılıb. Qırğızıstan və Tacikistanın nümayəndə heyətlərinin rəhbərləri iki ölkənin dövlət sərhədindəki münaqişənin sülh yolu ilə həll olunmasının zəruriliyini ifadə ediblər. (Trend) pizza hut

Nümayəndə heyətlərinin görüşünün yekunları üzrə birgə Protokol imzalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!