Qırğızıstanda matəm elan edildi

saytların hazırlanması

Evə çatdırılma

Qırğızıstanda matəm elan edildi

Dünya

01 May 2021 10:52 1111


Tacikistanla sərhəddə baş verən qarşıdurmada ölənlərlə əlaqədar Qırğızıstanda iki günlük matəm elan edilib.

Yenisabah.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Respublikasının prezidentinin mətbuat xidmətindən xəbər verilib.

Bildirilir ki, matəm günlərində, yəni mayın 1-i və 2-sində ölkə daxilində, eləcə də xaricdəki diplomatik və konsulluq idarələrinin binalarında dövlət bayraqları endiriləcək. Mədəniyyət müəssisələri və televiziya kanallarına əyləncə tədbirlərinin və proqramlarının ləğvi tövsiyə olunub. Dominos pizza

Xatırladaq ki, aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin yerli sakinləri arasında münaqişə iki ölkənin hərbçiləri arasında silahlı qarşıdurmaya çevrilib. Altı saatdan çox davam edən qarşıdurmalar nəticəsində hər iki tərəfdən də təxminən 40 nəfər ölüb, 200-dən çox insan yaralanıb.

Həmin axşam tərəflər atəşkəs və qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəliblər.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!