Qırğızıstanda ölüm hökmü bərpa oluna bilər

saytların hazırlanması

Evə çatdırılma

Qırğızıstanda ölüm hökmü bərpa oluna bilər

Dünya

04 Oktyabr 2025 12:16 278


Qırğızıstanda ölüm hökmünün bərpası ilə bağlı qanun layihəsi referenduma çıxarıla bilər.

Yenisabah.az kabar-a istinadla xəbər verir ki, bunu prezident Sadır Japarov bildirib.

O vurğulayıb: "Konstitusiyaya dəyişiklikləri nəzərdə tutan qanun layihəsi əvvəlcə ictimai müzakirəyə çıxarılacaq. Bundan sonra Konstitusiya Məhkəməsi Əsas Qanuna dəyişikliklərlə bağlı qanun layihəsinə rəy verəcək. Layihə referendumla qəbul oluna bilər". Dominos pizza

Prezidentin sözlərinə görə, hazırda Qırğızıstanda ölüm hökmü qadağandır və hər kəsin yaşamaq hüququ var:

"Əgər xalqın əksəriyyəti bunu dəstəkləyirsə, o zaman yeni seçilmiş Joqorku Keneş (Ali Şura) beynəlxalq müqavilələrdən çıxaraq, mövcud əmək məcəllələrinə və qanunlara dəyişiklik edən qanunlar qəbul etməlidir".

Japarov bir neçə gün əvvəl respublikada 17 yaşlı qızın səs-küylü qətlindən sonra Qırğızıstanda xüsusilə ağır cinayətlərə görə ölüm hökmünün bərpasını təklif edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!