Qırğızıstanda prezident seçkilərində Sadır Japarov qalib gəlir

saytların hazırlanması

Evə çatdırılma

Qırğızıstanda prezident seçkilərində Sadır Japarov qalib gəlir

Dünya

10 Yanvar 2021 19:05 797


Qırğızıstanın dövlət başçısı vəzifələrini icra edən Sadır Japarov seçki məntəqələrinin 82,13% nəticələrinin hesablamasından sonra 79,86% səslə növbədənkənar prezident seçkilərinin birinci turunda qalib gəlir.

Yenisabah.az xəbər verir ki, bu məlumatlar respublikanın Mərkəzi Seçki Komissiyasının (MSK) portalında dərc edilib.

Məlumatlara görə, onun ən yaxın təqibçisi Adaxan Madumarovdur. Japarovun əsas rəqibi 6,5%-dən bir qədər çox səs toplayıb. Marqarita pizza

Qırğızıstanda referendumda prezident idarə üsuluna 74,75% seçici səs verib, parlament üçün bu rəqəm 10,14 % təşkil edib. İki variantın əleyhinə 4,01% seçici səs verib.

Daha sonra seçki məntəqələrinin 74,45%-nin bülletenlərinin hesablanmasından sonra məlum olub ki, Qırğızıstanda prezident idarə üsulunu 81,1% seçici dəstəkləyib.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!