“Qırğızıstanla əlaqələrimiz qardaşlıq əsasındadır” - İlham Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Qırğızıstanla əlaqələrimiz qardaşlıq əsasındadır” - İlham Əliyev

Siyasət

06 İyun 2024 20:58 387


"Qırğızıstanla bizim əlaqələrimiz qardaşlıq əsasındadır. Mənim Qırğızıstana dövlət səfərim çərçivəsində çox önəmli qərarlar qəbul edildi. Biz indi çox genişmiqyaslı əməkdaşlıq edirik".

Yenisabah.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə söyləyib.

"Bilirsiniz ki, Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradıldı. Qırğızıstan Prezidenti öz təşəbbüsü ilə Ağdam rayonunda bir məktəbin tikintisinə də dəstək göstərdi və onun təməlini biz birlikdə qoymuşuq. Bütün bunlar qardaşlıq təzahürləridir", - deyə dövlətimizin başçısı əlavə edib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!