Türkiyədə mütəşəkkil cinayətkar təşkilatın İtaliya tərəfindən axtarışda olan rəhbəri saxlanılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat verib.
Nazir bildirib ki, İtaliya tərəfindən insan alveri və miqrant qaçaqmalçılığına görə qırmızı bülletenlə axtarışda olan, qeyri-qanuni mühacirlərin İtaliyaya keçidini təmin edən Əsəd Əli Qomaa Xodır adlı cinayətkar İstanbulun Fatih rayonunda əməliyyat nəticəsində saxlanılıb. Sezar pizza
Telegram kanalımız