“Qırmızı körpü”də 1285 maşın növbə gözləyir: Gömrükdə nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

“Qırmızı körpü”də 1285 maşın növbə gözləyir: Gömrükdə nə baş verir?

İqtisadiyyat

13 Dekabr 2023 08:50 3086


Beynəlxalq yükdaşıma ilə məşğul olan yük maşınlarının sürücüləri günlərdir ki, Azərbaycanın müxtəlif gömrük-keçid məntəqələrində qalıblar.

Xezerxeber.az-ın məlumatına görə, nəqliyyat vasitələri sərhədi keçmək üçün növbə gözləyir.

Dövlət Gömrük Komitəsinin Buraxılış məntəqələri üzrə iş şöbəsinin baş inspektoru Tural Quliyev deyib ki, buna səbəb qonşu ölkələrdə müşahidə edilən kəskin hava şəraitidir. pizza hut

Tətbiq edilən məhdudiyyət səbəbindən yük avtomobilləri mərhələli şəkildə buraxılır.

Yerüstü Nəqliyyat Agentliyi də gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların davamlı məlumatlandırılması xidmətinə başlayıb. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.

Hazırda ''Xanoba'' -10, ''Samur'' - 10, ''Mazımqara''- 52, ''Biləsuvar''- 68, ''Astara''- 230, ''Qırmızı Körpü'' gömrük postlarında 1285 nəqliyyat vasitəsi gözləyir. Bildirilib ki, hər ötən gün keçid-məntəqələrində gözləyən nəqliyyat vasitələrinin sayında azalma müşahidə edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!