Qırmızı Xaç Komitəsinin əməkdaşı oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Qırmızı Xaç Komitəsinin əməkdaşı oğurlandı

Hadisə

29 Noyabr 2020 12:02 1279


Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı Əfqanıstanın mərkəzi hissəsindəki Vardak əyalətində naməlum şəxslər tərəfindən oğurlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı Ariana News telekanalı BQXK-nın ölkədəki nümayəndəsinə istinadən yayıb.

Bildirilir ki, Qırmızı Xaçın əməkdaşı şənbə günü girov götürülüb, hazırda onun azad edilməsi üçün danışıqlar aparılır. pizza hut

Ölkədə fəaliyyətdə olan heç bir terrorçu qruplaşma oğurluq faktına görə məsuliyyəti boynuna götürməyib.

Qeyd edək ki, bir qədər əvvəl Əfqanıstanın Qəznə şəhərində, hərbi bazanın yaxınlığında mina ilə dolu avtomobil partlayaraq 21 nəfərin həyatına son qoyub, 17 nəfər xəsarət alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!