Binəqədi rayonunda keçmiş arvadı və qaynına 9 bıçaq zərbəsi vuran şəxsin həbs müddəti uzadıldı.
“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 29.120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə həbs edilən Qırxlarov Elmar Mərdan oğlunun həbs müddəti Binəqədi rayon prokurorunun vəsatəti ilə hakim Vüqar Məmmədov tərəfindən uzadılıb.
Qeyd edək ki, qanlı cinayət hadisəsi 2019-cu il dekabrın 7-də Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, ev 30-da qeydə alınıb. 31 yaşlı Elmar Mərdan oğlu Qırxlarov 21 yaşlı Ayşən Abil qızı Qırxlarova və 25 yaşlı qardaşı İlkin Abil oğlu Mənsimliyə bir neçə bıçaq zərbəsi endirib. pizza
Həkimlər Ayşəni əməliyyat edən zaman bədənində - ikisi qarın nahiyəsində olmaqla, yeddi bıçaq zərbəsi aşkar ediblər. İkinci zəzərçəkmişin də qarın nahiyəsində iki bıçaq zərbəsi aşkarlanıb.
Yaralılar ağır vəziyyətdə 1 saylı Klinik Xəstəxanaya yerləşdirilib.
İstintaq zamanı cinayətin qısqanclıq zəminində törədildiyi müəyyən edilib. Məlum olub ki, E.Qırxlarov A.Qırxlarovanın keçmiş əridir. Sonuncu onu tərk edərək, qardaşı ilə yaşayıb.
Qırxlarov keçmiş həyat yoldaşını geri qaytarmaq üçün İ.Mənsimlinin evinə gəlib, lakin müqavimət göstərən qadına bıçaqla hücum edib. Onun hadisəyə müdaxilə edən qardaşını da yaralayıb.
Faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb, məhkəmə-tibbi ekspertizasının rəyindən sonra ölümə cəhd maddəsinə tövsif edilib.
Azər İsrafilov
Telegram kanalımız