“Qiyamət günü” bu ölkələrdə yaşayanlar sağ qalacaq - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

“Qiyamət günü” bu ölkələrdə yaşayanlar sağ qalacaq - Siyahı

Dünya

07 Oktyabr 2019 08:52 1609


Yeni Zelandiyanın Otaqa Universiteti qlobal miqyasda təbii fəlakətlər baş verərsə, hansı ölkələrin əhalisinin sağ qalacağını araşdırıb.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, araşdırma zamanı ölkələrin təbii sərvətləri, yerləşdiyi coğrafi ərazi, əhalisinin sayı və s. nəzərə alınıb.

Beləliklə, dünya qlobal bir fəlakətlə üzləşdiyi halda ən az zərər görəcək ölkələrin Avstraliya, Yeni Zelandiya və İslandiya olduğu müəyyənləşib.  Marqarita pizza

İlk onluğa isə Malta, Yaponiya, Kabo-Verde, Bahama adaları, Trinidad, Tabaqo, Barbados ve Madaqaskar daxil edilib. 

Araşdırmada iştirak edən alimlərdən biri olan Nik Vilson qeyd edib ki, insan nəslini məhv edə biləcək təbii fəaləkətlərin və epidemiyaların baş verməsi ehtimalı son illərdə xeyli artıb. Buna səbəb isə biotexnologiyadakı yeniliklər, qloballaşma və dünya əhalisinin sayının artmasıdır.

Sabrina

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!