Koronavirus pandemiyası ölkədə yayılmağa başladıqdan sonra ərzaq məhsullarının , meyvə-tərəvəzin qiymətlərində kəskin bahalaşma baş verib. Belə ki, əvvəl marketlərdə 80-90 qəpiyə satılan kartof indi 1,20 qəpik, 70-80 qəpik olan soğan indi 1,40 qəpikdir. Unun qiyməti 12 manatdan 14 manat 50 qəpiyə çatıb. Belə davam etsə, çörəyin qiymətində də müəyyən qədər artım müşahidə ediləcək.
Vəziyyətlə bağlı Milli Məclisin deputatı Vahid Əhmədov mətbuata açıqlamasında neftin qiymətinin aşağı enməsini, karantin vəziyyətinin ortaya çıxardığı durumu və bir sıra məsələləri nəzərə alaraq hökumətin bəzi məhsulların qiymət artımını mütləq dayandırmalı olduğunu vurğulayıb: “İlk növbədə un, çörək, un məmulatları, şəkər, ət məhsullarının qiymətində indiki vaxtda artıma icazə verilməməlidir. Məsələn, bu addımı Rusiya dövləti atdı. Bu da əhalinin güzəranına təsirini götsərir. Nədən biz bu addımı atmayaq? Hökumət təcili müdaxilə etməsə, qiymət artımı gedir və gedəcək”.
Maraqlıdır, bahalaşma təhlükəsinin qarşısı necə alınmalıdır? İnzibati müdaxilə mümkündürmü? Marqarita pizza
Məsələ ilə bağlı Yenisabah.az saytına açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli qeyd edib ki, indiki zamanda hökumət qiymətlərin inzibati qaydada tənzimlənməsi istiqamətdə addımlar atmağa tam hüququ var: “Ölkədə qiymətin bahalaşmasına hökumətin inzibati müdaxiləsinin həmişə əleyhinə olmuşam. Amma bununla yanaşı qeyd etmişəm ki, qiymətləri liberallaşdırmaqla yanaşı hökumət həm də bir sıra digər tədbirlər görməlidir, ən azı monopoliyanın aradan qaldırmalıdır. Hazırda elə bir şəraitdir ki, bunu fors-major şəraiti kimi qiymətləndirmək olar. Buna görə də hesab edirəm ki, indiki zamanda hökumət qiymətlərin inzibati qaydada tənzimlənməsi istiqamətdə addımlar ata bilər. Bəlkə də heç inzibati addımlara da ehtiyac yoxdur, çünki ölkə iqtisadiyyatının əksər hissəsi monopoliyalar altında təmərküzləşib və hökumətin də həmin monopoliyalarla ciddi əlaqəsi var. Ölkə hökumətində siyasi iradə olsa, hazırkı durumda qiymətlərin nəinki bahalaşması, ucuzlaşması müşahidə edilər.Lakin bir şeyi də qeyd etməliyəm. Deyirlər, imam üçün ağlayanda yezid də yada salmaq lazımdır. İlin bu vaxtları həmişə kartof, soğan, digər tərəvəz məhsullarının bir qədər bahalaşdığı dövr olur, çünki qış mövsümü başa çatır, bütün ehtiyatlar tükənir və yeni mövsüm başlayır. Artıq bundan sonra ucuzlaşma müşahidə edilir. Bu amil də indiki şəraitdə məsələyə təsir edən amillərdəndir”.
Ekspert diqqətə çatdırıb ki, hökumət heç olmasa stimullaşdırma yolu ilə qiymətin sabit qalmasına çalışmalıdır: “Həmin sahibkarlara müəyyən qadağalar tətbiq edilməlidir. Amma təbii ki, başqa tədbirlər də görülməlidir. Məsələn, sahibkarların dövrlə əlaqədar əgər müəyyən itkiləri varsa, o zərərləri qarşılamağa hökumət hazır olmalıdır. Ancaq əsasən, inzibati qaydada qiymətlərin artırılmasının qarşısı alınmalıdır. Bu, Azərbaycan hökuməti üçün asan olan bir işdir, çünki praktika var, hökumət adi hallarda da qiymətlərin cilovlanması istiqamətində addımlar atırdı.Bu praktikadan istifadə edə bilərlər”.
Akif Nəsirli hökumətin koronavirusdan zərər çəkmiş sahələrin zərərlərinin ödənilməsi paketində kənd təsərrüfatı sahəsinin ayrıca qeyd edilməməsinə təəssüfləndiyini bildirib: “O istiqamətdə ciddi yardım ayrılmayıb. Qida məhsullarının təminatı kənd təsərrüfatının üzərinə düşür. Ona görə də hesab edirəm ki, kənd təsərrüfatı həmin paketdə ayrıca göstərilməlidir. Düzdür paketin digər qüsurları da var, amma mövzu ilə bağlı ən diqqət çəkəni budur”.
Sayad Həsənli
Telegram kanalımız