“Qiyməti qaldırıb, pulu alırlar, amma interneti vermirlər” – Müğənni ŞİKAYƏTLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

“Qiyməti qaldırıb, pulu alırlar, amma interneti vermirlər” – Müğənni ŞİKAYƏTLƏNDİ

Şou

18 Oktyabr 2024 13:24 644


Müğənni Pərvin Lətifov istifadə etdiyi internet provayderindən şikayətlənib.

Yenisabah.az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə qeyd edib.

“Pulu alırlar, amma interneti vermirlər. 1 ayda ən azı 10 dəfə zəng edirsən ki, sistemi yeniləyin. Bu, ayrı dərd. Məlumat mərkəzi sıfır, texniki dəstək sıfır. Texniki servisdən gələn şəxs adamla evin içində dalaşır. Mən birindən bir şey satmaq üçün pul alıram və satdığım şeyi də vermirəm. Siz məni o dəqiqə dələduzluqda ittiham edərsiniz mütləq. Muqaviləni 19 manata bağlamışdıq, amma qeyri-qanuni pozdular, qiyməti qaldırdılar, heç olmasa normal xidtmət göstərsinlər”, - Pərvin Lətifov bildirib. pizza sifarişi

Xatırladaq ki, bir müddət əvvəl internet provayderləri minimal qiyməti 18 manatdan 25 manata qaldıraraq daha yüksək sürət təklif etsələr də, bu sürət artımı nəinki regionlardakı rayon və şəhərlərdə, hətta paytaxt Bakıda hiss olunmur. Bununla bağlı xeyli narazılıqlar var./Musavat.com 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!