Qızdırmalı 24 Azərbaycan vətəndaşı Gürcüstana keçməyə cəhd etdi

saytların hazırlanması

Evə çatdırılma

Qızdırmalı 24 Azərbaycan vətəndaşı Gürcüstana keçməyə cəhd etdi

Rəsmi

09 Mart 2020 21:21 594


Bu gün  Azərbaycan ərazisindən Gürcüstana yüksək hərarəti olan 25 şəxs keçməyə cəhd edib.

"Yeni Sabah" xəbər verir ki, onlar Balakən rayonu istiqamətindən, Laqodexi sərhəd-keçid məntəqəsindən qonşu ölkənin ərazisinə daxil olublar və saxlanılıblar.

Gürcüstanın xəstəliklərə nəzarət və ictimai sağlamlıq Mərkəzinin Kaxeti regional şöbəsinin rəhbəri Neli Xizanişvili bildirib ki, onlardan 24-ü Azərbaycan, 1-i Ukrayna vətəndşı olub. Bu şəxslərin hamısı pasportların dəyişərək özlərinin səyahət tarixçəsini gizlətməyə çalışıblar. pizza mizza

“25 xarici vətəndaş yüksək hərarətlə və yeni pasportlarla sərhədi keçməyə cəhd edib. Yeni pasportlarda onların səyahət tarixçəsi əksini tapmır, buna görə də tamamilə mümkündür ki, sərnişinlər risk qrupu ölkələrində olublar. Azərbaycan İranla sərhəddə hərəkəti məhdudlaşdırdıqdan sonra sərnişin axını azalmışdı, indi yenidən artıb”,-Xizanişvili bildirib.

Hazırda sərhəddə saxlanılanlar Kaxetiya xəstəxanalarından birindədir. /Virtual.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!