Qızdırması olduğu üçün imtahana buraxılmayanlarla bağlı qərar

saytların hazırlanması

Evə çatdırılma

Qızdırması olduğu üçün imtahana buraxılmayanlarla bağlı qərar

Sosial

20 İyun 2020 13:25 817


Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərlə bağlı məsələyə münasibət bildirib.

Yenisabah.az bildirir ki, o, bu barədə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, bütün məzunlar attestat alacaqlar: Pepperoni pizza

“Təbii ki, indi imtahana qoşula bilməyənlər üçün sentyabrda imtahan olacaq. Amma çalışacağıq ki, xəstə olmayan şagirdlər imtahan versinlər. İyunun 10-da imtahanlara buraxılmayanların məsələsi bir həftə sonra həll olunacaq, hazırda onlar bizə ərizə yazırlar”.

M.Abbaszadə qeyd edib ki, xəstə olanlar imtahana gəlməməlidirlər:

“Kim xəstədirsə, imtahana gəlmək məcburi deyil, onlar əvvəlcə öz sağlamlığı barədə düşünməlidirlər”./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!