Qızıl bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Qızıl bahalaşdı

İqtisadiyyat

09 Sentyabr 2022 11:16 1731


Qızıl ABŞ dollarının dünya valyutalarına nisbətdə zəifləməsi fonunda bahalaşıb. 

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,68 % və ya 11,65 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 731,85 ABŞ dollarına satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 1,87 % artaraq 1 unsiyası 18,77 ABŞ dolları təşkil edib.

ABŞ dollarının indeksi 0,47% yüksələrək 110,05 bəndə çatıb. Bu, 2002-ci ilin iyun ayından sonra ən yüksək göstəricidir. Baha ABŞ dolları xammal materiallarının, o cümlədən qızılın başqa valyutalarla alışını məhdudlaşdırır. pizza hut

Avropa Mərkəzi Bankının (ECB) uçot faiz dərəcəsini 75 baza bəndi səviyyəsində - illik 0,5 %-dən 1,25 %-dək qaldırması da dollara təsir göstərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!