Qızıl bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Qızıl bahalaşdı

İqtisadiyyat

24 Noyabr 2022 10:19 1294


ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) son iclasının protokolunun dərc edilməsindən sonra qızılın qiyməti artıb. 

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,59 % və ya 10,35 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 755,95 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 1,19 % artaraq 1 unsiyası 21,622 ABŞ dolları təşkil edib.

Sənəddə göstərilir ki, FED uçot dərəcəsinin artım tempinin tezliklə azaldılmasını məqsədəuyğun hesab edir. Marqarita pizza

Bunun ardınca ABŞ valyutasının zəifləməsi qeydə alınıb. Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,29 % düşərək 105,77 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması isə qızılı digər valyutalarda alış üçün daha əlçatan edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!