“Qızıl buts“un sahibi məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

“Qızıl buts“un sahibi məlum oldu

İdman

02 Avqust 2020 11:34 1011


"Latsio"nun futbolçusu Çiro İmmobile A seriyasında bombardirlik rekordu yeniləyib və "Qızıl buts" qazanıb.

Yenisabah.az xəbər verir ki, 30 yaşlı oyunçu buna 38-ci turda "Napoli" ilə matçda (1:3) nail olub. O, 22-ci dəqiqədə fərqlənməklə 1 mövsümdə vurduğu qolların sayını 36-ya çatdırıb. İmmobile bununla da "Napoli"nin sabiq futbolçusu Qonsalo İquainin 2015-2016-cı illər mövsümündəki rekordunu yeniləyib.

Bundan əlavə italiyalı oyunçu Avropa çempionatlarının ən məhsuldar futbolçusu kimi "Qızıl buts" mükafatını qazanıb. Sezar pizza

Qeyd edək ki, bu mövsüm ən çox qol vuran 2-ci futbolçu  "Bavariya"dan Robert Levandovski (34 qol), 3-cü isə "Yuventus"dan Kriştiano Ronaldo (32 qol) olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!