Qızıl medal qazanan cüdoçumuz mükafatını Orduya bağışlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Qızıl medal qazanan cüdoçumuz mükafatını Orduya bağışlayacaq

İdman

25 Oktyabr 2020 12:45 919


"Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bu medalı şəhidlərimizə həsr edirəm".

Yenisabah.az xəbər verir ki, bu sözləri Budapeştdə keçirilən “Böyük dəbilqə” turnirində böyük uğura imza ataraq qızıl medal qazanan Azərbaycan cüdoçusu Rüstəm Orucov deyib.

O qeyd edib ki, qazandığı mükafatı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürəcək: Dominos pizza

“Burada qazandığım mükafatı əsgər və zabit qardaşlarımıza göndərəcəyəm. Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, R.Orucov “Böyük dəbilqə” turnirində finala qədər Monqolustan, Bolqarıstan, Rusiya və İsveç təmsilçiləri üzərində inamlı qələbə qazanıb. Finalda İsveçrə təmsilçisini məğlub edən olimpiya mükafatçısı qürurla əsgər salamı verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!