“Qızıl top” mükafatının təqdimetmə tarixi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

“Qızıl top” mükafatının təqdimetmə tarixi açıqlandı

İdman

29 Sentyabr 2021 23:27 1070


Nüfuzlu “France Football” jurnalı dünyanın ən yaxşı futbolçusuna təqdim olunacaq “Qızıl top” mükafatının verilmə tarixini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, mükafata namizəd olan futbolçuların siyahısı oktyabrın səkkizində açıqlanacaq.

2021-ci ilin ən yaxşı futbolçusunun mükafatlandırma mərasimi isə 29 noyabrda baş tutacaq. Toyuqlu pizza

Məlumat üçün qeyd edək ki, 2020-ci ildə “Qızıl top”un təqdimetmə mərasimi koronavirus pandemiyası səbəbindən keçirilməmişdi.

Keçən il bu mükafata Münhen “Bavariya”sının hücumçusu Robert Levandovski layiq görülüb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!