“Qızıl Top”la bağlı qərara kəskin etirazlar

saytların hazırlanması

Evə çatdırılma

“Qızıl Top”la bağlı qərara kəskin etirazlar

İdman

30 Oktyabr 2024 17:44 1211


2024-cü il “Balondor” mükafatının qalibi “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodri olub. Onun bu mötəbər mükafatı qazanması ciddi etirazlarlarla qarşılanıb.

Yenisabah.az xəbər verir ki, əksər futbol azarkeşləri “Qızıl Top”un ən real namizədi “Real Madrid” klubunun braziliyalı ulduzu Vinisyus Junior idi. Lakin proqnozların tam əksinə olaraq, faiz nisbəti və münsif qərarı əsasında qalib Rodri seçilib.

Keçmiş futbol əfsanələrinin bir çoxu, analoji mükafata Vinisyusun daha çox layiq olduğunu düşünür. Sürətli keçidləri, driblinq və qol vurma ustalığı hesabına komandası ilə, bir çox kubok qazanan 24 yaşlı ulduzun özü də nəticə ilə razılaşmadığını deyib.  Dördpendirli pizza

Qərarın lehinə olanlar da az deyil. “Mançester Siti”nin heyətində kritik açar ötürmələri, asistləri və oyun qurucu funksiyası ilə klubun əsas meydan fiquru olan Rodri namizədlər arasında öz rəqiblərindən heç də geri qalmır.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!