“Qızıl top”un qalibi: “Messi bu mükafata layiq deyildi”

saytların hazırlanması

Evə çatdırılma

“Qızıl top”un qalibi: “Messi bu mükafata layiq deyildi”

İdman

31 Oktyabr 2023 15:59 1186


“Messi “Qızıl top”a layiq deyildi”. 

“Report” xəbər verir ki, bunu Almaniya millisinin heyətində dünya və Avropa çempionu olan, 1990-cı ildə “Qızıl top”u qazanan Lotar Matteus mükafatın argentinalı futbolçu Lionel Messiyə verilməsinə münasibət bildirərkən deyib.

Onun fikrincə, titul İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Holanna verilməli idi: “Holann ötən mövsüm Messidən yaxşı oynadı. Mükafatın Messiyə verilməsi onu göstərir ki, dünya çempionatı “Mançester Siti”nin “trebl”indən daha dəyərlidir. Holann bir çox qol rekordlarını qırdı. Mənim üçün onun tayı-bərabəri yoxdur”. pizza sifarişi

Qeyd edək ki, Lionel Messi karyerasında 8-ci dəfə “Qızıl top”a yiyələnib. Erlinq Holann isə səsvermədə ikinci yeri tutub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!