Qızıl ucuzlaşır

saytların hazırlanması

Evə çatdırılma

Qızıl ucuzlaşır

İqtisadiyyat

01 İyun 2022 10:23 1364


ABŞ-ın dövlət bondlarının gəlirliliyinin artması fonunda qızıl ucuzlaşıb. 

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,74%, yaxud 13,7 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1834,7 ABŞ dollarına satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 1,01% düşərək 1 unsiyası 21,468 ABŞ dolları təşkil edib.

Bazarda “etibarlı” investisiyaların alternativi olan ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyinin 2,844%-dən 2,866% səviyyəsinə çatması qızılın qiymətinə mənfi təsir göstərib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!