Qızılağac Milli Parkı ilə bağlı -   Yeni qərar

saytların hazırlanması

Evə çatdırılma

Qızılağac Milli Parkı ilə bağlı - Yeni qərar

Sosial

03 İyul 2019 09:18 3201


Nazirlər Kabineti “Azərbaycan Respublikası Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü”nü təsdiq edib.

“Yeni Sabah” xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı müvafiq qərara əsasən, Milli Parkın ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü əlavə olunmuş xəritədə və aşağıda göstərilən hüdudlarda təsdiq edilir:

1) xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) – 67094,0 hektar; pizza

2) təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zona – 4404,0 hektar;

3) turizm və rekreasiya zonası – 25842,0 hektar;

4) turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zona – 1698,0 hektar;

5) Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonası – 22,0 hektar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!