“Qızımı öyrədirlər ki, polisə de məni anam döyüb“- Mətanət İsgəndərlinin gəlini

saytların hazırlanması

Evə çatdırılma

“Qızımı öyrədirlər ki, polisə de məni anam döyüb“- Mətanət İsgəndərlinin gəlini

Şou

17 Mart 2021 15:03 1560


Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana onun və oğlu Kərimin haqqında qalmaqallı açıqlama verib.

Yenisabah.az xəbər verir ki, həyat yoldaşından ayrılan Canana qızının əri tərəfindən döyüldüyünü sübut edən fotolar yayımlayıb və özünün də dəfələrlə şiddət gördüyünü açıqlayıb. Bundan sonra Kərimlə bağlı polis araşdırmaya başlayıb.

Bu barədə danışan Canana axşam.az-a açıqlamasında araşdırmanın davam etdiyini bildirib. O deyib ki, M.İsgəndərli və Kərim hələ də Rusiyadadır, övladlarına heç bir maddi dəstək göstərmir: Dominos pizza

"Polis idarəsinə çağırıldım, qızımdan da, məndən də ifadə alındı. Ekspertizaya göndərilib. Mətanət xanım və Kərim bu hadisədən sonra başlayıblar qızıma tez-tez zəng edib danışmağa. Ona oyuncaqlar alıb, mənə qarşı çıxmağı öyrədirlər. Qızıma deyirlər ki, polisə denən məni atam yox, anam döyüb.

Boşanma davamız bitməyib. Amma məhkəmə aliment kəsib. Kərim onu da ödəmir. Uşaqlara heç bir maddi yardım da göstərilmir. Yenə kirayədə qalıram, təkbaşıma uşaqlara baxmağa çalışıram".

Qeyd edək ki, Kərim və Canananın üç övladı var. Ərindən ayrılan Canana kirayədə yaşadığını, M.İsgəndərlinin onu evinə buraxmadığını və kirayə pulunu da ödəmədiklərini iddia edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!