Qızından Nigara doğum günü təbriki - FOTO 

saytların hazırlanması

Evə çatdırılma

Qızından Nigara doğum günü təbriki - FOTO 

Şou

07 Sentyabr 2024 10:25 512


“Təkcə ana yox, həm də ən yaxşı rəfiqəsən. Anacan, sən məni hər zaman düz yola istiqamətləndirirsən. Sən mənim nəfəsim və ürəyimsən. Mənim həyatım…” 

Bu sözləri Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci yaşadan müğənni Nigar Camalın futbolçu qızı Jasmin sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Anasını qucaqlayıb, öpən anda çəkilən fotosunu yayımlayan Jasmin valideyninin ad günü olduğunu bildirib.  pizza mizza

Camalın qızı anasını bu sözlərlə təbrik edib: 

“Mən dünyanın ən gözəl anasına ən yaxşı ad günü arzu etmək istəyirəm. Sən olmasaydın, mən indi olduğum insan olmazdım. Buna görə isə sənə minnətdaram. Biz səninlə sadəcə “ana -övlad” deyilik, ən yaxşı rəfiqələrik. Qoy səni sevgi, xoşbəxtlik və uğur əhatə etsin. Səninlə fəxr edirəm və səni çox sevirəm. Xoşbəxt ol anacan!” 

Qeyd edək ki, bu gün Nigar Camalın 44 yaşı tamam olur. Estrada ulduzunun Jasmindən başqa Saida adlı daha bir qız övladı da var. (olay) 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!